İsrailin Baş naziri Benyamin Netanyahu İranın öz nüvə proqramını bərpa etmək üçün səylər göstərdiyini bildirib və ölkənin təhlükəsizliyinə yönəlmiş təhdidlərə qarşı mübarizə aparmaq üçün milli birlik hökuməti formalaşdırmağa çağırıb.
“İki sahil” xəbər verir ki, bu barədə B. Netanyahu İsrail Müdafiə Ordusunun Baş Qərargahının sabiq rəisi Qadi Ayzenkotla görüşünün yekunlarına dair "X" sosial şəbəkəsində yazıb.
Netanyahu uranın zənginləşdirilməsinin bərpası və nüvə silahının sürətləndirilmiş şəkildə hazırlanması halında İranın həmin raketi İsrailə qarşı tətbiq edə biləcəyindən narahatlığını ifadə edib.
"Biz birbaşa məhv edilmə təhlükəsinin qarşısını aldığımız "Am Kelavi" və "Şaaqat Haari" əməliyyatları zamanı etdiyimiz kimi, gələcəkdə də bunun qarşısını almaq üçün mümkün olan hər şeyi etməliyik. Biz bu ekzistensial təhlükəni birdəfəlik aradan qaldırmalıyıq", - o bildirib.
Netanyahu qeyd edib ki, Ayzenkotla görüş İsrailin yəhudi xalqının dövləti kimi mövcudluğunu dəstəkləyən siyasi qüvvələrin iştirakı ilə milli birlik hökumətinin formalaşdırılmasının zəruriliyinə dair onun inamını gücləndirib.
Onun fikrincə, belə bir hökumət təhlükəsizlik sahəsindəki mürəkkəb tapşırıqları daha səmərəli şəkildə həll edə və milli barışığa töhfə verə biləcək.
Netanyahu Ayzenkotu mövcud fikir ayrılıqlarını kənara qoyaraq, heç bir ilkin şərt olmadan geniş siyasi koalisiyanın formalaşdırılması üzrə danışıqlara başlamağa çağırıb.
O, milli təhlükəsizlik və ölkənin gələcəyi, həmçinin ultraortodoksal icmanın nümayəndələri ilə birlikdə həll edilə biləcək hərbi mükəlləfiyyət problemi ilə bağlı razılıqların əldə olunmasının zəruriliyini vurğulayıb.
ביום חמישי קיימתי שיחה חשובה עם גדי איזנקוט. גדי ואני מכירים אחד את השני שנים רבות, מאז כהונתו כרמטכ”ל ועוד לפני כן. פגישה זו רק חיזקה אצלי את ההבנה כמה הכרחי להקים בעת הזאת ממשלת אחדות לאומית - ממשלה שתכלול את כל המפלגות שתומכות בקיומה של מדינת ישראל כמדינתו של העם היהודי, ושתוכל לעמוד באתגרים הביטחוניים העצומים והמורכבים שלפנינו.המשטר האיראני שחותר להשמדת ישראל שוב פועל לחדש את תוכנית הגרעין שלו. ושיהיה ברור, משטר רצחני זה שלא היסס לרצוח אלפים רבים מבני עמו, לא יהסס להשתמש בנשק גרעיני נגדנו. הוא יעשה זאת ברגע שיעלה בידו לחזור להעשרת אורניום ולפיתוח מואץ של נשק גרעיני.עלינו לעשות הכל להמשיך למנוע זאת ממנו, כפי שעשינו ב׳עם כלביא׳ וב׳שאגת הארי׳ כשהרחקנו מעלינו סכנת השמדה מיידית.עלינו להסיר מעל ראשנו איום קיומי זה אחת ולתמיד. ממשלה צרה, או ממשלה שנשענת על תומכי טרור, לא תוכל להשיג אתגר כביר זה. אבל ממשלת אחדות לאומית כן תוכל להשיג זאת בעוד מועד, ובכך להבטיח את ביטחון ישראל לשנים רבות.ממשלת אחדות לאומית תענה על הכמיהה שאני שומע מרבים מכם, אזרחי ישראל - הכמיהה לפיוס לאומי, לפיוס בינינו.כי כמוני, אתם מבינים שבעת הזו אנחנו חייבים לפעול יחד:אלישע מידן עם אליסף פרץ, טליק גוואילי עם שירה שפירא, ציבור ציוני ענק שמאחד כוחות כדי להבטיח את עתיד ישראל.גדי, במקום לנסות להקים ממשלה רעועה ומסוכנת שלא תוכל לעמוד, ולו במקצת, באתגרים הביטחוניים והלאומיים האדירים שבפנינו, נעשה את הדבר המתבקש: ניכנס לחדר, בלי תנאים מוקדמים, נשים בצד את כל המחלוקות ואת כל החרמות, ונגיע להסכמות עבור ביטחונה ועתידה של ישראל, כולל בסוגיית הגיוס, שניתן לפתור אותה ביחד עם נציגי הציבור החרדי.המענה המתחייב לאלה שיצאו במכוון בעת שירת התקווה הוא להקים את ממשלת התקווה - ממשלת האחדות הלאומית.
— Benjamin Netanyahu - בנימין נתניהו (@netanyahu) November 14, 2026