14 noyabr 2026 22:45
54

İranda avtobus aşıb, 5 nəfər ölüb, 17 nəfər yaralanıb

İranın Dəşt-Abbas-Mormuri avtomobil yolunda sərnişin avtobusu aşıb, ölən və yaralananlar var.

“İki sahil” IRIB-yə istinadən xəbər verir ki, bu barədə İlam vilayətinin Qızıl Aypara Cəmiyyəti məlumat yayıb.

"Qəza nəticəsində 17 nəfər yaralanıb, azı 5 nəfər həyatını itirib", - məlumatda bildirilib.