15 noyabr 2026 00:50
78

AFR-də əyləncə parkında sistemin nasazlığı səbəbindən 15 nəfər xlordan zəhərlənib

Almaniya Federativ Respublikasının (AFR) Brül şəhərindəki "Phantasialand" əyləncə parkında "Ling Bao" hotelinin 15 ziyarətçisi hovuzda xlordan zəhərlənib.

“İki sahil” WDR telekanalına istinadən xəbər verir ki, sistemdəki nasazlıq səbəbindən xlorun konsentrasiyası artıb, "Microsoft Outlook"un işindəki nasazlıq fəsadları daha da ağırlaşdırıb, çünki bu səbəbdən administrasiya problem barədə xəbərdarlıq almayıb.

Qeyd olunub ki, ziyarətçilər səhhətlərinin pisləşməsindən, o cümlədən tənəffüs yollarının qıcıqlanmasından şikayətləniblər. Hadisə yerinə təcili xidmətlər və yanğınsöndürənlər gəlib. Zərərçəkənlərdən dördü xəstəxanaya yerləşdirilib.

Nasazlıq aşkar edildikdən sonra hovuz müvəqqəti bağlanıb və suyu dəyişdirilib, daha sonra ziyarətçilər üçün yenidən açılıb.