05 yanvar 2024 14:25
321

ABŞ-də it sahibinin 4 min dollarını yedi - FOTO

ABŞ-də Sesil adlı yeddi yaşlı "goldendoodle" cinsli it sahibinin dörd min dollar pulunu yeyib.

“İki sahil” xəbər verir ki, sahibləri pulun əksər hissəsini geri qaytara biliblər.

"O, dörd min dolları yeyənə qədər həyatında pis heç nə etməyib", - sahibəsi Kerri Lo deyib.

Kerri həyat yoldaşı Kleytonla birlikdə itin nəcis və qusuntusundan pulları ayırd edərək qopmuş hissələri yapışdırmağa nail olublar. Beləliklə, 3550 dolları geri qaytarmaq mümkün olub.