06 yanvar 2024 14:06
310

Güclü külək Mingəçevirdə fəsad törədib

Güclü külək Mingəçevir şəhərində bir sıra fəsadlar törədib.

Şəhərin bəzi prospekt və küçələrində iri gövdəli ağaclar aşıb.

Nəticədə nəqliyyat vasitələrinin hərkətində qismən çətinlik yaranıb.

Bundan başqa, elektrik və rabitə təsərrüfatına zərər dəyib.

Küləyin şəhərdə yaratdığı fəsadların aradan qaldırılması istiqamətində aidiyyəti idarə və qurumlar tərəfindən işlər görülüb.

Qeyd edək ki, yanvarın 5-i axşam saatlarında başlayaraq ölkə ərazisində küləkli hava şəraiti müşahidə olunur.

"Report"