Kim bilir, indi köhnə evlərin çardaqlarında, zirzəmilərində və ya ikinci əl mağazalarda nə qədər şah əsərlər toz yığır. “Smithsonian” jurnalı 2023-cü ildə dünya incəsənətinin hansı qiymətli şah əsərlərinin geri qaytarılmasından yazıb.
2023-cü ilin ən sensasiyalı tapıntılarından biri 2020-ci ilin martında Hollandiya muzeyindən oğurlanmış Vinsent Van Qoqun “Bahar bağı” tablosunun geri qaytarılması olub. Naməlum şəxs 1884-cü ilə aid əsəri bədii cinayət müstəntiqi Artur Brandın mənzilinin yaxınlığında qoyub. Üstəlik, anonim şəxs onu diqqətlə qablaşdırmış və kətan üzərindəki əsəri pulcuqlu paketlə bükübmüş.
Van Qoqun oğurlanmış şah əsərinin geri qaytarılmasından qısa müddət sonra Artur Bredin qapısında təxminən 100000 avro dəyərində daha əvvəl oğurlanmış altı rəsm peyda oldu. Bunlar sentyabr ayında Medemblikdəki hökumət binasından oğurlanmış Hollandiya monarxlarının portretləri idi.
İngiltərədə bir cütlüyün evində təmir işləri aparan podratçılar tərəfindən maraqlı kəşf edildi. Onlar 1635-ci il şeirlər toplusundan səhnələri əks etdirən 17-ci əsrə aid freskalar dəstinə rast gəlmişdilər.
Başqa bir ingilis binasında Hampton Kort Sarayının kuratorları Artemisia Gentilesçi tərəfindən çəkilmiş bir rəsm tapılır. 200 il anbarda yatan və bu müddət ərzində rəngini itirən rəsmin üzərinə əlavə olaraq kimsə başqa bir şəkil də çəkmişdi.
Esseksdə Foyles kitab mağazasının mərhum sədrinin dul arvadı zirzəmi siyirtməsinin arxasında çay dəsmalına bükülmüş Vinni Puhun orijinal rəsmini gördü. Uşaqların sevimli dostu Piqletlə gün batımına doğru getməsinin təsvir olunduğu şəkil 1958-ci ilə aiddir.
2023-cü ildə digər şanslı kəşflər arasında fransız realisti Qustave Kourbetin 19-cu əsrdə itirilmiş rəsm əsəri var. O, hələ 2016-cı ildə Pensilvaniya Universitetinin stomatoloji məktəbinin zirzəmisində aşkar edilmişdi, lakin rəsmlərin müəyyən edilməsi tam yeddi il çəkdi və əsl yaradıcısının kim olduğu yalnız bu yaxınlarda məlum oldu.
Rembrandtın 1635-ci ildə çəkdiyi bir cüt portret 1824-cü ildə ailəsi tərəfindən satılmışdı. Ancaq alıcının övladları koronavirus pandemiyası zamanı hərracçının onların kolleksiyasını yoxlamasına qədər rəsmlərin “mənşəyi” barədə məlumatsız idilər.
2023-cü ildə xalq mədəniyyətinə aid tapıntılar da oldu. Məsələn, xatirə əşyaları toplayan mərhum vizual effektlər rəssamı Qreq Cinin qarajında ilk Ulduz Döyüşlərindən X qanadlı qırıcının maketi aşkar edilmişdir. Tarixçi Gene Kozickinin dediyinə görə, 1978-ci ildə Corc Lukasın studiyası yeni yerə köçəndə bu model itkin hesab edilib.
İkinci əl mağazalar da itkin şedevrlərin inanılmaz mənbəyinə çevrilib. Bunlardan birində 3,99 dollar dəyərində bir vaza tapdılar, əslində bu, italyan memar Karlo Skarpanın 107100 dollarlıq nadir əsəri idi.
London xeyriyyə dükanından 20 funt-sterlinqə alınan daha bir cüt keramika küp tapılır. Ekspertlər onların əslində 18-ci əsr Qing sülaləsinin çini qabı olduğunu təsdiq etdikdən sonra küplər 59800 funta satılır.
ABŞ-da Nyu-Hempşirdəki ucuz bir mağazada 4 dollara alınmış N.C. Vyetin 1939-cu ilə aid illüstrasiyası ötən il hərracda 191000 dollara təklif edilsədə ancaq qalib gələn iddiaçı sonda məbləği ödəyə bilməmişdi.
Nubar Süleymanova, “İki sahil”