08 yanvar 2024 10:56
253

Dünya bazarlarında neft ucuzlaşıb

ICE London qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının gedişində “Brent” neftinin ixracına dair 2024-cü ilin mart müqaviləsinin dəyəri 1,12% azalaraq 1 barelə görə 77,88 dollar təşkil edib.

“İki sahil” xəbər verir ki, Nyu-Yorkun NYMEX əmtəə birjasında bu ilin mart ayında ixrac etməklə WTI markalı neftin 1 barelinin qiyməti isə 1,23% azalaraq 72,9 dollar olub.