08 yanvar 2024 11:32
216

2040-cı ilə qədər Bakıda təbii qazın sərfiyyatı 2 dəfə artacaq

2040-cı ilə qədər Bakı şəhərində təbii qazın sərfiyyatı 9,074 milyard kubmetrə çatdırılacaq.

“İki sahil” xəbər verir ki, bu, Bakı şəhərinin 2040-cı ilədək inkişafına dair Baş planında əksini tapıb.

Sənədə əsasən, bu, 2020-ci ilin (planın hazırlama vaxtı) göstəricisindən təxminən 2 dəfə çoxdur.

2027-ci ildə isə sözügedən rəqəm 7,36 milyard kubmetr təşkil edəcəyi gözlənilir.