SOCAR-ın «Azəriqaz» İstehsalat Birliyi (İB) rəhbərliyinin şəhid ailələrinə və qazilərə diqqət və qayğısı davamlıdır. Xüsusilə onların Birliyə müraciətləri daim diqqətdə saxlanılaraq müsbət həll edilir. Bundan başqa, bayram günlərində şəhid ailələri ziyarət edilir.
İB-nin Lənkəran Regional Qaz İstismar İdarəsinin müdiri Namiq Məmmədov başda olmaqla idarənin əməkdaşları bayram münasibəti ilə Lənkərandakı şəhid ailələrini - Məmmədli Elməddin Ələddin oğlunun və Məmmədli Elməddin Anar oğlunun ailələrini ziyarət ediblər.
Ziyarət zamanı şəhid ailələrinin qazla bağlı problem və təklifləri dinlənilib. Eyni zamanda, şəhidlərin əziz xatirələri yad edilib.
E. Zaman, "İki sahil"
SOCAR-ın prezidenti Çin İxrac-İdxal Bankının vitse-prezidenti ilə görüşüb - FOTO
Bütün ixtisaslarının dövlət sifarişli yerlərinin keçid balı 600 baldan yüksək olan yeganə universitet Bakı Ali Neft Məktəbi oldu
SOCAR “WIN” Açıq İnnovasiya Proqramı çərçivəsində müraciətlərin qəbuluna başlayır