2023-cü ilin yanvar-dekabr aylarında Türkiyənin polad məhsulları ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 29,2 faiz azalaraq, 14,9 milyard dollara bərabər olub.
"İki sahil" TurkicWorld-ə istinadən xəbər verir ki, bu barədə Türkiyə Ticarət Nazirliyindən bildiriblər.
“Bu ilin dekabr ayında Türkiyə 1,4 milyard dollar məbləğində polad məhsulları ixrac edib ki, bu da keçən ilin noyabr ayı ilə müqayisədə 2,1 faiz çoxdur”, – deyə nazirlikdən bildirilib.
Qeyd olunub ki, son 12 ay ərzində (dekabr 2022-dekabr 2023) Türkiyə 14,9 milyard dollar məbləğində polad məhsulları ixrac edib.