Sağlamlığınıza zərər vermədən bayram pəhrizindən necə çıxmaq olar? Öd daşı xəstəliyinin qarşısını necə almaq olar? Duz və şəkər deyildiyi qədər zərərlidirmi? Bu və digər sualları rusiyalı qastroenteroloq Sergey Vyalov cavablandırıb.
Artıq bir çox ölkədə qış tətilləri sona çatıb, bayram süfrələri yığışdırılıb, gündəlik iş başlayır və bədəninizi Yeni il qabağı normal formasına qaytarmağa çalışmaq lazımdır. Doktor Sergey Vyalov yağlı bayram qidalarından balanslaşdırılmış qidalanmaya keçid zamanı həzm sisteminin sağlamlığı ilə bağlı mühüm məsləhətlər verib.
Mütəxəssis iddia edir ki, yanvarın 2-dən başlayaraq çoxları Yeni il şənliyindən sonra mədə ağrıları səbəbindən həkimə müraciət etməyə başlayırlar. Səbəb sadədir – Yeni il gecəsinə hazırlanmış yeməklər, xüsusən də müxtəlif salatların sonradan boyat halda yeyilməsi. Bunun baş verməməsi üçün, qidaların ömrünü uzatmaq üçün onları düzgün saxlamağı bilmək lazımdır.
Qastroenteroloq salatın hamısını birdən-birə qarışdırılmamasını, bir hissəsini torbalara yığıb dondurucuya qoymağı məsləhət görür ki, qida durğunlaşmasın və təzə qalsın. Həmçinin masada gigiyena qaydalarına əməl edilməməsi səbəbindən qida zəhərlənməsi baş verə bilər.
Bayram sonrası ən çox rast gəlinən problemlərdən biri də zərərli qidalar ilə daha da ağırlaşan öd daşı xəstəliyidir. Bu bəla ilə artıq qarşılaşmış insanlar xüsusilə diqqətli olmalıdırlar, lakin çoxunun ilk sancıdan sonra “ağlına gəlir”."Əgər Yeni ildən əvvəl öd kisəsində hər hansı problem yaranıbsa, daşlar əmələ gəlibsə, o zaman bayram süfrəsi öd kisəsində artan yük yaradır. Sağlam insan üçün bu, artan yük deyil, artıq xəstə insan üçün əlavə yükdür”, - deyə Vyalov izah edib.
Sancı baş verərsə onu aradan qaldırmaq üçün dərhal həkimə müraciət etməli və pəhrizə riayət etməlisiniz.
Nubar Süleymanova, “İki sahil”