09 yanvar 2024 08:00
314

Polis əməkdaşları Respublika Perinatal Mərkəzindəki yanğınla əlaqədar təhlükəsizlik tədbirləri görüblər

Respublika Perinatal Mərkəzində baş verən yanğınla bağlı polis əməkdaşları dərhal hadisə yerinə səfərbər edilməklə təhlükəsizlik tədbirləri görülüb.

DİN-in mətbuat xidmətindən “İki sahil”ə bildirilib ki, ərazi tam mühafizəyə götürülməklə polis əməkdaşları təxliyyə - xilasetmə tədbirlərində fəal iştirak ediblər.

Hazırda polis əməkdaşları tərəfindən hadisə yeri mühafizə edilir.