09 yanvar 2024 10:25
404

Son 5 ildə BOKT-ların aktivləri 2 dəfə artıb- Cəlal Əliyev

Son 5 ildə Azərbaycanda bank olmayan kredit təşkilatlarının (BOKT) aktivləri 2 dəfə artaraq 2023-cü ilin III rübünün sonuna 682 milyon manata çatıb.

“İki sahil” xəbər verir ki, bunu "Azərbaycan Mikromaliyyə Asosiasiyası" İctimai Birliyinin (AMFA) İdarə Heyətinin sədri Cəlal Əliyev Bakıda "Nailiyyətlər və çağırışlar" mövzusunda keçirilən Azərbaycan Maliyyə Forumunda bildirib.

Onun sözlərinə görə, BOKT-ların aktivlərin 80 %-i müştərilərə verilmiş kreditlərdir. "30 sentyabr 2023-cü il tarixinə müştərilərə verilmiş kreditlər yarım milyard manatı keçib. Bu göstərici 2019-cu ilin eyni dövrü ilə müqayisədə 2 dəfə çoxdur", - deyə o qeyd edib.

"Bu illər ərzində BOKT-ların vergi ödənişi də artıb. 2023-cü ildə bu rəqəm 10,7 milyon manat təşkil edib", - deyə C.Əliyev əlavə edib.