09 yanvar 2024 12:25
330

Energetika Nazirliyi ötən il 240-dan çox icazə verib

2023-cü ildə Energetika Nazirliyi “İxrac nəzarətinə düşən mallar (işlər, xidmətlər, əqli fəaliyyətin nəticələri) üzrə xüsusi icazənin verilməsi” Qaydalarına uyğun olaraq, ixrac nəzarətinə düşən malların idxalı, ixracı və tranziti üzrə 242 icazə verib.

"İki sahil"in nazirliyə istinadən verdiyi məlumata görə, onlardan 182-i ixrac nəzarətinə düşən malların idxalı, 8-i ixracı, 52-si isə tranziti ilə bağlı olub.

Hesabat dövründə bütün icazələrin verilməsi 5 və 7 saylı Bakı "ASAN xidmət" mərkəzləri vasitəsilə həyata keçirilib.