09 yanvar 2024 15:39
293

Azərbaycanda pul bazası ötən il 20 %-ə yaxın artıb

Bu il yanvarın 1-nə Azərbaycanda pul bazası 20 milyard 875,2 milyon manat təşkil edib.

"İki sahil” Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, ötən il dekabrın 1-i ilə müqayisədə 13,9 % çoxdur.

Ölkədə pul bazası son 1 ildə isə 19,6 % artıb.