09 yanvar 2024 15:48
393

Azərbaycan Mərkəzi Bankı ötən il valyuta ehtiyatlarını 30 %-ə yaxın artırıb

Bu il yanvarın 1-nə Azərbaycan Mərkəzi Bankının (AMB) valyuta ehtiyatları 11 milyard 613 milyon ABŞ dolları təşkil edib.

"İki sahil” bu barədə quruma istinadən xəbər verir.

Məlumata görə, bu, ötən il dekabrın 1-i ilə müqayisədə 9,4 % çoxdur.

AMB-nin valyuta ehtiyatları son 1 ildə isə 29,1 % artıb.