09 yanvar 2024 16:18
362

Ötən il 61 adda dərslik yenilənib

Ötən il 61 adda dərslik yenilənib.

“İki sahil” xəbər verir ki, həmin müddətdə 318 adda 7 758 970 nüsxə dərslik çap edilib.

Bundan başqa, 21 adda dərslik Brayl əlifbası ilə çap olunub. 4 azsaylı xalqın dilində 13 dərslik yenilənib və 19 150 nüsxədə çap edilib.

Həmçinin məktəbəhazırlıq qrupları üçün 5 adda 32 000 əlavə tədris vəsaiti hazırlanıb.