Yeni üsullar ABŞ-ın Kolumbiya Universitetinin kimyaçılarına qablaşdırılmış içməli suda elm adamlarının əvvəllər düşündüyündən yüz dəfə çox kiçik plastik hissəciklərin ola biləcəyini aşkar etməyə kömək edib.
Tədqiqatda elm adamları nanoplastiklərin - uzunluğu 1 millimetrdən az olan hissəciklərin mövcudluğunu müəyyən edə bildiklərini göstəriblər.
“Proceedings of the National Academy of Sciences” jurnalında dərc olunan məqalələrdə müəlliflər bir litr su şüşəsində 240 minə yaxın plastik hissəcik tapdıqlarını qeyd ediblər. “Bloomberg” plastikin insan orqanizmi, həmçinin körpələr üçün təhlükəsini də araşdırıb.
Nubar Süleymanova, "İki sahil"