10 yanvar 2024 12:03
323

İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinə sədr müavini təyin edilib

“İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi” (İRİA) publik hüquqi şəxsin İdarə Heyətinə sədr müavini təyin olunub.

İRİA-dan "İki sahil"ə verilən məlumata görə, rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyevin müvafiq qərarına əsasən, bu vəzifəyə Rəşad Xalıqov təyin edilib.

Qeyd edək ki, Rəşad Xalıqov 2021-ci ilin oktyabr ayından Agentliyin sədrinin müavini vəzifəsini müvəqqəti icra edirdi.