Türkiyə 2023-cü ilin yanvar-dekabr aylarında Çinə polad məhsulları ixracını ötən ilin eyni dövrü ilə müqayisədə 11,4 faiz artıraraq, 36,6 milyon dollara çatdırıb.
"İki sahil"in TurkicWorld-ə istinadən məlumatına görə, bu barədə Türkiyə Ticarət Nazirliyindən bildirilib.
Dekabr ayında Türkiyənin Çinə polad məhsulları ixracatı 2022-ci ilin eyni ayı ilə müqayisədə 55,3 faiz azalaraq 2 milyon dollar təşkil edib.
Qeyd edək ki, 2023-cü ilin yanvar-dekabr aylarında Türkiyənin polad məhsulları ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 29,2 faiz azalaraq, 14,9 milyard dollara bərabər olub.
Bu ilin dekabr ayında Türkiyə 1,4 milyard dollar məbləğində polad məhsulları ixrac edib ki, bu da keçən ilin noyabr ayı ilə müqayisədə 2,1 faiz çoxdur.
Qeyd olunub ki, son 12 ay ərzində (dekabr 2022-dekabr 2023) Türkiyə 14,9 milyard dollar məbləğində polad məhsulları ixrac edib.