11 yanvar 2024 02:37
535

Damaqları iltihabdan qoruyan bitki

Aloe vera çoxillik, budaqlı və həmişəyaşıl yarpaqları olan şirəli bitkidir. Bir çox insan onun faydalı xüsusiyyətlərindən xəbərdar deyil.

Aloe tibbdə və kosmetologiyada geniş istifadə olunur: onun şirəsindən kremlər, maskalar və məlhəmlər hazırlanır. Rusiyalı həkim Sergey Aqapkin “Rossiya” telekanalında yayımlanan "Ən vacibi haqqında" proqramında aloenin çox sayda müalicəvi xüsusiyyətlərə malik olmasından danışıb. Qədim dövrlərdə qatılaşdırılmış aloe suyu qiymətli farmakoloji xammal idi və müxtəlif xəstəliklərə qarşı geniş istifadə olunurdu. Məsələn, aloe şirəsini yarıya qədər su ilə qarışdırırdılar və xoş bir dad üçün bir neçə damcı nanə yağı əlavə edirdilər. Müasir tədqiqatçılar köhnə reseptə əlavə antibakterial təsir göstərən propolisin bir çay qaşığı spirt ilə məhlulunu da əlavə etməyi məsləhət görürlər. Ondan periodontal xəstəlik və digər diş xəstəliklərinə qarşı ağız qarqarası üşün istifadə edilir.

Aloe suyu toxumaların bərpasını stimullaşdırır və yaraların sağalmasını sürətləndirir; propolis antibakterial, nanə isə təravətləndirici təsir göstərir. Bu birləşmə, xüsusilə dişlərinizi fırçaladıqdan sonra qanaxma zamanı "boş" diş ətlərini olduqca tez sağaltmağa imkan verir.

Nubar Süleymanova, "İki sahil"