Günəşdə aktivliyik 2024-cü ildə pik həddə çatacaq
Rusiya Elmlər Akademiyasının Kosmik Tədqiqatlar İnstitutunun (İKİ) və Günəş-Yer Fizikası İnstitutunun (ISTP) Günəş astronomiya laboratoriyasının rəhbəri Sergey Boqaçov bildirib ki, Yerdə artıq maqnit qasırğaları ayda bir neçə dəfə baş verəcək.
Boqaçovun sözlərinə görə, 2023-cü illə müqayisədə, proqnoza görə, həm geomaqnit, həm də məşəl aktivliyi daha yüksək olacaq. Günəş partlayışlarını dəqiq proqnozlaşdırmaq mümkün olmasa da, geomaqnit vəziyyətində ümumi tendensiyalara əsasən belə nəticəyə gəlmək olur.
Təbiət qanunlarına görə günəşin aktivliyi ya artır, ya da azalır. İndi rus alimlərinin fikrincə, bu, maksimuma yaxınlaşır.
“RİA Novosti” xəbər verir ki, Yer kürəsində rekord qıran maqnit qasırğaları sonuncu dəfə 2005-ci ildə baş verib.
Nubar Süleymanova, “İki sahil”