11 yanvar 2024 11:24
396

EMTA-nın İdarə Heyətinin sədri Dünya Bankının nümayəndə heyəti ilə görüşüb

Enerji Məsələlərini Tənzimləmə Agentliyinin (EMTA) İdarə Heyətinin sədri Samir Axundov Dünya Bankının enerji məsələləri üzrə baş mütəxəssisi Rojer Koma Kunilin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

“İki sahil” xəbər verir ki, görüş zamanı Agentliyin fəaliyyəti, Azərbaycanda energetika sahəsi üzrə mövcud normativ hüquqi aktlar, eləcə də tarif metodologiyası barədə məlumat verilib.

Eyni zamanda, görüşdə sözügedən sahədə investisiya imkanları, həmçinin ölkədə bərpaolunan enerji ilə bağlı yeni layihələr üzrə investisiya imkanları, elektrik enerji şəbəkəsinin gücləndirilməsi, Dünya Bankı ilə mümkün əməkdaşlıq məsələləri müzakirə edilib.