Türkiyənin 2023-cü ilin yanvar-dekabr aylarında Özbəkistana sement ixracı 2022-ci ilin eyni dövrü ilə müqayisədə 20,3 faiz azalaraq 17,8 milyon dollar olub.
"İki sahil"in TurkicWorld-ə istinadən xəbərinə görə, bu barədə Türkiyə Ticarət Nazirliyindən məlumat verilib.
Dekabr ayında Türkiyə Özbəkistana sement ixracatını 2022-ci ilin eyni ayı ilə müqayisədə 6 faiz artıraraq, 1,4 milyon dollara çatdırıb.
Qeyd edək ki, 2023-cü ilin yanvar-dekabr aylarında Türkiyənin sement ixracı 2022-ci ilin eyni dövrü ilə müqayisədə 15,5 faiz azalaraq, 4,6 milyon dollar təşkil edib.
2023-cü ilin dekabr ayında Türkiyə 353 min dollar məbləğində sement ixrac edib ki, bu da 2022-ci ilin noyabr ayı ilə müqayisədə 19,7 faiz azdır.
Qeyd olunub ki, son 12 ay ərzində (dekabr 2022-dekabr 2023) Türkiyə 4,6 milyard dollar məbləğində sement ixrac edib.