11 yanvar 2024 15:38
275

AÇG-dən indiyədək 585 milyon tona yaxın neft hasil olunub

“Azəri-Çıraq-Günəşli” (AÇG) və “Şahdəniz” yataqları istismara veriləndən 01 yanvar 2024-cü il tarixinədək 629,2 milyon ton neft (kondensatla birlikdə) hasil edilib.

Energetika Nazirliyindən “İki sahil”ə verilən məlumata görə, hesabat dövründə AÇG-dən 584,7 milyon ton neft, “Şahdəniz”dən isə 44,5 milyon tona yaxın kondensat çıxarılıb.

Məlumata görə, qeyd olunan həcmdən 01 yanvar 2024-cü il tarixinədək 627,3 milyon tonu ixraca nəql edilib.

Bildirilir ki, 2023-cü il ərzində ölkədə 30,2 milyon ton neft (kondensatla birlikdə) hasil edilib.

“Neft hasilatının 17,8 milyon tonu AÇG-nin, 4,3 milyon tonu (kondensat) “Şahdəniz”in, 0,3 milyon tonu (kondensat) “Abşeron” yatağının payına düşüb. SOCAR üzrə neft (kondensatla birlikdə) hasilatı isə 7,8 milyon ton təşkil edib.

“Bu dövrdə 25,2 milyon ton neft (kondensatla birlikdə) ixraca nəql olunub. Bunun 22,1 milyon tonu konsorsiumun, 3,1 milyon tonu isə SOCAR-ın payına düşüb”, - məlumatda qeyd olunub.