11 yanvar 2024 17:15
323

Türkiyənin Iğdır şəhərində Urartu dövrünə aid məzarlıq tapılıb- FOTO

Türkiyənin Iğdır şəhərində Urartu dövründən qalmış məzarlıq tapılıb.

“İki sahil” “TRT Haber”ə istinadən xəbər verir ki, məzarlığı kənd sakinləri aşkarlayıb.

Məlumata görə, məzarlıqda 3 taxça olub, onlardan biri məscid kimi istifadə edilib. Məzarlıqda giriş qapıları olmayan 2 otaq var.

Qeyd edək ki, ermənilər Urartunun qədim Ermənistan dövləti olduğunu iddia edirlər. Amma Urartunun türk dövləti olmasına dair konkret tarixi faktlar var.