Azərbaycan Milli Kitabxanasının nəşri olan "Əlamətdar və tarixi günlər təqvimi - 2024"də AMEA-nın müşaviri akademik Yaqub Mahmudov haqqında məqalə dərc olunub.
Azərbaycan Tarixçiləri İctimai Birliyindən “İki sahil”ə bildirilib ki, təqvimin "Tarix" bölməsində yer alan məqalə Yaqub Mahmudovun 85 illik yubileyinə həsr olunub. Məqalədə görkəmli tarixçi alimin həyatı, elmi‐pedaqoji və ictimai‐siyasi fəaliyyəti barədə yığcam məlumat verilir.
Qeyd edək ki, fevralın 10-da Yaqub Mahmudovun 85 yaşı tamam olur.