2023-cü ildə Azərbaycanda 29 276,6 milyon kVt/saat elektrik enerjisi istehsal olunub ki, bu da 2022-ci ilə nisbətən 272,3 milyon kVt/saat və yaxud 0,9 % çoxdur.
“İki sahil” xəbər verir ki, bunu energetika naziri Pərviz Şahbazov “X” sosial şəbəkəsindəki hesabında bildirib.
Onun sözlərinə görə, ötən il elektrik enerjisinin ixracı 3252,5 milyon kVt/saat, idxalı isə 211,8 milyon kVt/saat təşkil edib.
2023-cü ildə operativ məlumatlara əsasən, elektrik enerjisinin istehsalı 272,3 mln.kVt·st artaraq 29 276,6 mln. kVt·st, #ixrac 3252,5 mln. kVt·st, #idxal isə 211,8 mln. kVt·st olub. pic.twitter.com/cguvd5jdA6
— Parviz Shahbazov (@ParvizShahbazov) January 12, 2024