12 yanvar 2024 12:09
284

Azərbaycanda özəl şirkətlərdə rəsmi müqavilə ilə çalışanların sayı açıqlanıb

Azərbaycanda bağlanmış əmək müqavilələrinin sayı 2024-cü il yanvar ayının 1-nə 1 milyon 808,8 minə çatıb.

"İki sahil" bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə istinadən xəbər verir.

Məlumata görə, bu, 2019-cu ilin əvvəli ilə müqayisədə 406,9 min vahid artıb. Bildirilib ki, qeyri-neft sektorunun özəl bölməsində isə həmin göstərici 358,0 min artaraq 897,9 minə çatıb.