12 yanvar 2024 12:15
255

Azərbaycanda aktiv vergi ödəyicilərinin sayı 762 minə yaxınlaşıb

Bu il yanvarın 1-nə Azərbaycanda aktiv vergi ödəyicilərinin sayı ötən ilin əvvəli ilə müqayisədə 7 % çox – 761,7 min olub.

"İki sahil" bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə istinadən xəbər verir.

Məlumata görə, bunun 45,7 mini əlavə dəyər vergisi (ƏDV) ödəyicisidir. Bu isə ilin əvvəlinə nisbətən 14,4 % çoxdur.

Hesabat dövründə aktiv obyektlərin (təsərrüfat subyektlərinin) sayı isə 8,1 % artaraq 204,6 minə çatıb.