12 yanvar 2024 16:49
371

"Bakı Fond Birjası" Alman-Azərbaycan Xarici Ticarət Palatasının üzvü olub

"Bakı Fond Birjası" (BFB) QSC Alman-Azərbaycan Xarici Ticarət Palatası ("AHK Azərbaycan") üzvlüyünə qəbul edilib.

"iki sahil" bu barədə BFB-yə istinadən xəbər verir.

Məlumata görə, ötən ilin dekabr ayında tərəflər arasında ilkin görüşlər keçirilib və əməkdaşlığın aparılmasına qərar verilib.

"AHK Azərbaycan" 2012-ci ildən fəaliyyət göstərir, şirkətlərə bazar araşdırmaları ilə bağlı məlumat və lazımi dəstək verir.