12 yanvar 2024 16:55
367

"Bakı Fond Birjası"nın dövriyyəsi 83 % artıb

2023-cü ildə "Bakı Fond Birjası" QSC-də (BFB) bütün maliyyə alətləri üzrə bağlanmış əqdlərin ümumi dəyəri 27 milyard 335,355 milyon manat təşkil edib.

"İki sahil” BFB-yə istinadən xəbər verir ki, bu, 2022-ci illə müqayisədə 82,9 % çoxdur.

Son 1 ildə bağlanmış əqdlərin sayı isə 23 % artaraq 12 918 olub.

BFB-nin dövriyyəsinin 63,6 %-i və yaxud 17 milyard 384,461 milyon manatı repo əməliyyatlarının payına düşüb. Bu, illik müqayisədə 3,4 dəfə çoxdur.

Hesabat dövründə dövlət qiymətli kağızlarının dəyəri 1,1 % artaraq 8 milyard 405,581 milyon manat, korporativ qiymətli kağızlar bazarı üzrə əqdlərin dəyəri isə 1,9 % azalaraq 1 milyard 545,314 milyon manat olub.