13 yanvar 2024 01:36
538

ABŞ Aya eniş cəhdindən imtina edib

“United Launch Alliance”a məxsus “Vulcan Centaur” adlı yeni raket bu ay “Astrobotic Peregrine Lunar Lander”i daşıyan ilk səyahəti üçün Florida ştatının Kanaveral burnundaki “Cape Canaveral” kosmik qüvvələri stansiyasında 41d Kosmik Başlatma Kompleksindən qalxır.

ABŞ bu yaxınlarda yanacaq sızması səbəbilə Aya yumşaq eniş edə bilməyən “Astrobotic”in missiyanı tamamlamaq cəhdindən əl çəkəcəyini açıqlayıb.

Kosmik robot texnikası firmasının bildirdiyinə görə, eniş aparatında 40 saatlıq yanacaq qalıb ki, bu da onun artıq "adi kosmik gəmi kimi" işləməsinə imkan verəcək, hətta mühəndislər onun orbitdəki yeni missiyasının nə olacağını müəyyən etməklə məşğuldurlar.

Bu gəmi “Boeing” və “Lockheed Martin”in birgə müəssisəsi olan United Launch Alliance (ULA) tərəfindən Florida ştatının Kanaveral burnundan on il ərzində inkişaf etdirilən “Vulcan” raketinin ilk uçuşu ilə buraxılıb. Lakin Aya gedən yolda hərəkət sistemində problem yaranıb.

Şirkətdən bildiriblər ki, buraxılışdan sonra eniş aparatı kosmosda günəşə doğru düzgün oriyentasiyaya girə bilməyib və batareya səviyyəsinin aşağı düşdüyünü görüb, lakin “Astrobotic” problemi həll edə bilib.

"Komanda “Peregrine”nin əməliyyat ömrünü uzatmaq yollarını tapmaq üçün işləməyə davam edir”,-deyə şirkətdən bildirilib.

Nubar Süleymanova, “İki sahil”