Azərbaycanda biznes subyektlərində şəffaf hesabatlılığın olmaması mənfi fəsadlar yaradır.
“İki sahil” xəbər verir ki, bu barədə Azərbaycan Mühasiblər və Risk Peşəkarları Assosiasiyasının İdarə Həyatının sədri Günay Şahbazova bu gün Bakıda "Hesabatlıq və Şəffaflıq Yeni dövrün çağırışları kontekstində" keçirilən forumda deyib.
"Təcrübə və təhlillər göstərir ki, şəffaf hesabatlılığın olmaması biznes subyektlərində işçilər tərəfindən saxtakarlıq, korrupsiya kimi halların artmasına, biznes sahibinin isə ciddi zərərə məruz qalmasına səbəb olur. Şəffaf hesabatlılıq üçün vacib amillərdən biri də ölkədə peşakar kadrların yetişdirilməsidir", - G.Şahbazova deyib.