15 yanvar 2024 15:32
334

Naxçıvanda vergi daxilolmaları 24 %-dən çox artıb

2023-cü ildə Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xətti ilə büdcəyə 164,7 milyon manatdan çox vergi daxil olub.

Nazirlikdən "İki sahil"ə verilən məlumata görə, bu, 2022-ci ilə nisbətən 32,1 milyon manat və ya 24,2 % çoxdur.

Naxçıvan İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətində qeydiyyatda olan vergi ödəyiciləri üzrə vergi daxilolmaları 2022-ci illə müqayisədə 36,6 milyon manat və ya 29,4 % artıb.