15 yanvar 2024 16:27
389

Naxçıvanda "Elektron imza" alanların yarıdan çoxu dövlət qurumlarıdır

2023-cü ildə Naxçıvan Muxtar Republikasında "Elektron imza" alanların 51,7 %-i dövlət qurumları olub.

Bu barədə “İki sahil”ə yerli Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyindən məlumat verilib.

Bildirilib ki, hesabat dövründə nazirlik 700-dən çox elektron imza sertifikatını istifadəçilərə təqdim edib.