15 yanvar 2024 18:08
404

Gürcüstandan Azərbaycana pul köçürmələri kəskin artıb

2023-cü ilin yanvar-dekabr ayları ərzində Azərbaycandan Gürcüstana 46 milyon dollar dəyərində pul köçürmələri baş tutub.

“İki sahil” xəbər verir ki, bu barədə Gürcüstan Milli Bankının dərc etdiyi statistikada bildirilib.

Qeyd olunub ki, bu göstərici 2022-ci illə müqayisədə 9,2 milyon dollar və ya 16,6% azdır. 2022-ci ilin 12 ayı ərzində Azərbaycandan Gürcüstana 55,2 milyon dollar dəyərində vəsait göndərilib.

2023-cü il ərzində Gürcüstandan Azərbaycana pul köçürmələri isə əvvəlki illə müqayisədə 11,2 milyon dollar və ya 44,6% artaraq 36,3 milyon dollara çatıb. 2022-ci ildə bu göstərici 25,1 milyon dollar təşkil edib.