16 yanvar 2024 01:36
568

“COVID”dən təhlükəli yeni xəstəlik?

Davosda keçiriləcək Dünya İqtisadi Forumunun (DİF) mövzularından biri də ölüm sayına görə koronavirus pandemiyasını üstələyə biləcək “X xəstəliyi”nin müzakirəsi olacaq.

İclasla bağlı DİF-un saytındakı elanda bildirilir: Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) daha əvvəl xəbərdarlıq etmişdi ki, dünya tezliklə koronavirus pandemiyasında olandan 20 dəfə çox insanın ölümünə səbəb ola biləcək naməlum “X xəstəliyi” ilə üzləşə bilər.

Görüş yanvarın 17-də baş tutacaq. O, səhiyyə sistemlərini "qarşıda duran bir çox çağırışlara" hazırlamaq üçün lazım olan "yeni səyləri" müzakirə edəcək.

“RİA Novosti” xəbər verir ki, müzakirədə ÜST-ün rəhbəri Tedros Adhanom Gebreyesus, Braziliyanın səhiyyə naziri və digər səhiyyə ekspertləri də iştirak edəcəklər.

ÜST ekspertlərinin fikrincə, ilk “patogen X” COVID-19 pandemiyasına səbəb olan “SARS-CoV-2” koronavirusu kimi tanınacaq. Çox güman ki, başqa viruslar da onu izləyəcək. Bu, ətraf mühitdə artan dəyişikliklər, həmçinin bioloji silahların inkişafı ilə bağlıdır.

Bakteriyaların antibiotiklərə qarşı müqavimətinin artması faktını nəzərə alaraq güman etmək olar ki, növbəti xəstəliyi bakterial infeksiya, o cümlədən bəşəriyyətə artıq məlum olan infeksiya olacaq.

Dünya İqtisadi Forumu bu gündən başlayaraq yanvarın 19-dək İsveçrənin Davos şəhərində keçiriləcək.

Nubar Süleymanova, “İki sahil”