16 yanvar 2024 00:46
609

Dünyanın ən böyük sualtı qəbiristanlığı - FOTOLAR

Mikroneziyadakı Truk adaları ispan dənizçiləri tərəfindən kəşf edilmişdi. Sonralar onlar oradan ABŞ-a Almaniyaya keçdilər. 20-ci əsrin əvvəllərində adalar yaponlar tərəfindən işğal edildi. Onlar orada minə yaxın gəmi və 500 təyyarə ilə hərbi baza qurdular.

Adalar Yaponiyanın Sakit okeandakı ən güclü və təchizatlı “tərəfdarı” oldu. Daha sonra isə Amerika Hərbi Hava Qüvvələri onu ələ keçirdi.

1945-ci ildə baza iki günlük bombardmana məruz qaldı: 400 təyyarə və yapon donanmasının çoxu lagunun dibində qaldı. Bazanın bir hissəsi onsuz da sıradan çıxmışdı və bu zərbələr onu tamamilə bitirdi. Eyni zamanda oradakı uçuş-enmə zolaqları, anqarlar, sexlər və gəmiqayırma zavodları dağıdıldı.

Orada dərinlik kiçikdir - 60 metrə qədər. Son illər müxtəlif ölkələrdən olan tədqiqatçılar və dalğıclar bu sualtı qəbiristanlığı araşdırırlar. Tamamilə hərbi texnikadan ibarət, mərcanlarla örtülmüş və minlərlə əsgər qalıqları olan sualtı qəbiristanlıq böyük marağa səbəb olub.

Nubar Süleymanova, “İki sahil”