15 yanvar 2024 20:03
518

Müğənni Xulio İqlesias Dominikan hava limanında saxlanılıb

80 yaşlı ispan müğənni Xulio İqlesias Dominikan hava limanında saxlanılıb.

“İki sahil” xəbər verir ki, bu barədə ABC məlumat yayıb.

Bildirilib ki, Baham adalarından gələn ifaçının çamadanlarında 40 kq-dan çox ərzaq olub. Gömrükçülər onun çamadanlarında gətirilməsi qadağan olunmuş mallar aşkar ediblər.

İfaçı və onunla birlikdə səyahət edənlər bir neçə saatdan sonra sərbəst buraxılıblar.