Bakı şəhərinin 2040-cı ilədək inkişafına dair Baş planına əsasən, paytaxtda mənzil fondunun yenilənməsi planlaşdırılır.
“İki sahil” xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev bildirib.
"Hazırda bu istiqamətdə layihələr davam etdirilir. Mənzil fondunun yenilənməsi prosesi bu gün də dövlətin müəyyən dəstəyi və investorların cəlb edilməsi ilə həyata keçirilir. Baş plana uyğun olaraq 2040-cı ilə qədər bu addımlar davam edəcək", - deyə o qeyd edib.