Bakının yeni Baş Planı paytaxtın bütün sərhədlərini əhatə edib.
“İki sahil” xəbər verir ki, bunu Dövlət Şəhərsalna və Arxitektura Komitəsinin sədri Anar Quliyev Bakı Şəhər İcra Hakimiyyətində sözügedən sənədin təqdimatında bildirib.
"Dekabrın 30-da Bakı şəhərinin 2040-cı ilə qədər inkişafına dair konseptual xarakterli planı təsdiq edilib. Bu, sayca Bakının 7-ci Baş planıdır, müstəqillik dövründə ilk dəfə hazırlanıb. Burada çox böyük və təfsilatlı iş görülüb.125 il bundan əvvəl ilk dəfə daha qısa müddət üçün baş planlar hazırlanıb. Onlar kiçik ərazini əhatə edib", - deyə o qeyd edib.