16 yanvar 2024 17:39
353

Azərbaycanın sığorta sektoru son 18 ildə 35 dəfə böyüyüb

Azərbaycanın sığorta sektorunun aktivləri 2005-ci ilin yekununda 54 milyon manat olduğu halda, 2023-cü ilin yekununda 1 milyard 889 milyon manat olub ki, bu da 35 dəfə artım deməkdir.

“İki sahil” xəbər verir ki, son 18 ildə ölkədə sığorta haqları 17 dəfə artaraq 71 milyon manatdan 1 223 milyon manata, sığorta ödənişləri isə 39 dəfə artaraq 15 milyon manatdan 587 milyon manata çatıb.

Hesabat dövründə sektorun kapitalı isə 21 dəfə artaraq 556 milyon manata yüksəlib.