16 yanvar 2024 18:44
491

“Roma”nın yeni baş məşqçisinin adı məlum olub - FOTO

İtaliyanın “Roma” klubuna yeni baş məşqçi təyin olunub.

İki sahil “Roma”nın mətbuat xidmətinə istinadla xəbər verir ki, bu posta klubun keçmiş oyunçusu Daniele De Rossi təyin olunub.

O, klubla 2024-cü il iyunun 30-na qədər müqavilə imzalayıb.