2023-cü ildə Sahibkarlığın İnkişafı Fondu Naxçıvan Muxtar Respublikasında fəaliyyət göstərən sahibkarlar üçün güzəştli kreditlər ayırmağa başlayıb. Beləliklə, Muxtar Respublikada fəaliyyət göstərən 27 sahibkar 2,2 milyon manat dəyərində güzəştli kreditdən istifadə edib.
“İki sahil” xəbər verir ki, bu barədə İqtisadiyyat Nazirliyi yanında Sahibkarlığın İnkişafı Fondunun İdarə Heyətinin sədri Osman Xaliyev 2023-cü ildəki fəaliyyətin yekunlarına həsr olunmuş mətbuat konfransında deyib.
"Bundan başqa, işğaldan azad olunmuş ərazilərdə 4 layihə üçün güzəştli kreditlər ayrılıb. Bu layihələrə ayrılan güzəştli kreditlərin ümumi dəyəri 11,5 milyon manat olub", - deyə o bildirib.