17 yanvar 2024 13:25
273

AZAL: Gecikən Bakı-Naxçıvan reysi yola düşüb - YENİLƏNİB

“Azərbaycan Hava Yolları” aviaşirkətinin (AZAL) əlverişsiz hava şəraiti ilə əlaqədar gecikən J2-251 nömrəli reysinin sərnişinləri Heydər Əliyev Beynəlxalq Aeroportundan Naxçıvana yola düşüblər.

AZAL-dan “İki sahil”ə verilən məlumata görə, Bakı-Naxçıvan marşrutu üzrə planlaşdırılan J2-253 nömrəli reysin sərnişinləri də təyinat məntəqəsinə yola düşüblər.