17 yanvar 2024 14:17
317

Ötən il Azərbaycanda ət istehsalı artıb

2023-cü ildə quş əti də daxil olmaqla diri çəkidə 647,7 min ton ət, 2284,0 min ton süd, 2188,2 milyon ədəd yumurta, 15,1 min ton yun, 357,0 ton barama istehsal olunub.

“İki sahil”in Dövlət Statistika Komitəsinə istinadən xəbərinə görə, 2022-ci illə müqayisədə ət istehsalı 3,1 faiz, süd istehsalı 0,9 faiz, yumurta istehsalı 8,4 faiz, barama istehsalı 4,6 faiz artıb, yun istehsalı isə 3,9 faiz azalıb.

2023-cü ildə hər inək və camışdan orta hesabla 1746 kiloqram (2022-ci ildə 1731 kq) süd sağılıb.

Bundan əlavə, DSK-nın məlumatında qeyd olunur ki, ilkin məlumatlara əsasən 2024-cü il yanvarın 1-dək ölkə üzrə 7081,6 min baş qoyun və keçi, 2502,4 min baş iribuynuzlu mal-qara, o cümlədən 1235,5 min baş inək və camış mövcud olub. İribuynuzlu mal-qaranın 49,4 faizini inək və camışlar təşkil edir.