Ötən ilin yanvar-noyabr aylarında Azərbaycan ərazisindən keçən nəqliyyat dəhlizlərində daşınmış yüklərin həcmi 29 972,8 min ton olub.
Dövlət Statistika Komitəsindən “İki sahil”ə verilən məlumata görə, hesabat dövründə yüklərin 13 575,9 min tonu və ya 45,3%-i dəmir yolu nəqliyyatı, 8 578,2 min tonu və ya 28,6%-i avtomobil nəqliyyatı, 7 818,7 min tonu və ya 26,1%-i dəniz nəqliyyatı ilə daşınıb.
“Dəhlizlər vasitəsilə daşınmış yüklərin 56,7 faizini və ya 16 983,8 min tonunu tranzit yüklər təşkil edib”, - məlumatda qeyd olunur.