17 yanvar 2024 15:53
298

Azərbaycanda hava nəqliyyatı ilə yükdaşımaları azalıb

Ötən il Azərbaycanda hava nəqliyyatı ilə 2 911,8 min və ya 29,2% çox sərnişin daşınıb.

Dövlət Statistika Komitəsindən “İki sahil”ə verilən məlumata görə, daşımaların 99,9%-i dövlət, 0,1%-i isə özəl müəssisələrə məxsus nəqliyyat vasitələri ilə həyata keçirilib.

Məlumata görə, hesabat dövründə bu nəqliyyat növü ilə yükdaşıma 16,7% azalaraq 338,8 min ton olub.