Azərbaycan Danimarka şirkəti ilə külək enerjisindən istifadə istiqamətində əməkdaşlıq imkanlarını müzakirə edib.
“İki sahil” xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov "X" sosial şəbəkəsindəki hesabında yazıb.
Nazir bildirib ki, Davos İqtisadi Forumu çərçivəsində "Vestas Wind Systems A/S" şirkətinin vitse-prezidenti Morten Dirholm ilə keçirilən görüşdə dayanıqlı enerji mənbələrindən səmərəli istifadənin iqlim dəyişiklikləri şəraitində əhəmiyyətinin artdığı vurğulanıb.
“Ölkəmizdə həyata keçirilən alternativ enerji layihələri, "yaşıl" texnologiyaların tətbiqi və külək enerjisindən istifadə istiqamətində şirkətlə əməkdaşlıq imkanlarını müzakirə etdik”, - deyə nazir qeyd edib.
Davos İqtisadi Forumu (@wef) çərçivəsində "Vestas Wind Systems A/S" şirkətinin (@Vestas) vitse-prezidenti Morten Dirholm (@MDyrholm) ilə #dayanıqlıenerji mənbələrindən səmərəli istifadənin iqlim dəyişiklikləri şəraitində əhəmiyyətinin artdığını vurğuladıq, ölkəmizdə həyata…
— Mikayil Jabbarov (@MikayilJabbarov) January 17, 2024